Alimlər portretlərin “canlandırılması” üçün alqoritm yaradıblar

13 Oktyabr 2017 - 11:00 | Maraqlı məlumatlar
Alimlər portretlərin “canlandırılması” üçün alqoritm yaradıblar

İsrailin Tel-Əviv Universitetinin tədqiqatçılar qrupu “Facebook” sosial şəbəkəsinin nümayəndələri ilə birgə insanların şəkil və portretlərinə etalon videoqeyddən mimika köçürərək onları “canlandırmağa” imkan verən alqoritm hazırlayıblar.

Hazırda insanın hərəkətləri və mimikası haqqında məlumatlar toplamağa, onları rəqəmsal formaya çevirməyə, sonra isə onu digər insanın və ya personajın üçölçülü modelinə daşımağa imkan verən müxtəlif metodlar mövcuddur. Adətən bu kimi məlumatlar insanın bədənində bərkidilən kameralar üçün xüsusi tənzimləyicilər və ya çox sayda markerin köməyi ilə toplanır. Məhz belə yanaşma filmlərdə kompüter qrafikasında istifadə olunur. Digər metodlar əlavə avadanlıqlardan istifadəni tələb etmir. Lakin bu zaman ilkin məlumatların böyük massivi tələb olunur.

hitech.newsru.com saytının məlumatına görə. İsrail tədqiqatçıları tərəfindən təklif edilmiş texnologiya tələb olunan mimikanı nümayiş etdirən digər insanın olduğu bir videoqeyddən istifadə edərək insanın bir şəklini və ya portretini “canlandırmağa” imkan verir. İş prosesində alqoritm videodakı insanın mimikasını şəklə və ya təsvirə köçürür, yekun nəticənin daha həqiqi alınması üçün proqram üz ifadəsinin dəyişdiyi zaman yaranan qırışlar və ya təbəssüm zamanı görünən dişlər də daxil olmaqla, animasiyaya çevrilmiş təsviri detalları ilə əlavə edir.

Xatırladaq ki, keçən ilin mart ayında Stenford Universitetinin tədqiqatçılar komandası Maks Plank adına İnformatika Universiteti və Erlangen-Nürnberq Universitetindən olan həmkarlarının iştirakı ilə istənilən insanın mimikasının başqa insanın videoqeydinə daşınması texnologiyasını təqdim etmişdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.