“Ağıllı” piyada keçidi təqdim edilib

12 Oktyabr 2017 - 14:02 | Texnoloji yeniliklər
“Ağıllı” piyada keçidi təqdim edilib

İngiltərənin “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidini təqdim edib. Yeni texnologiya yollarda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldə biləcək. “Ağıllı” keçid piyadanı aşkar edərək sürücüyə təhlükə haqqında xəbərdarlıq edən bir neçə sensordan ibarətdir. O, həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verir.

nanonewsnet.ru saytının məlumatına görə, işıq diodları ilə təchiz edilmiş piyada keçidi bir neçə rejimdə işləyir. Yolda nəqliyyat vasitəsi olmadıqda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin uzunluğu 22 metr təşkil edir, lakin daha çox piyada yolu keçdikdə o, eninə genişlənir. Sistem, həmçinin qaranlıqda sürücüyə xəbərdarlıq etmək üçün piyadaların üzərinə işıq salır. Nəqliyyat vasitəsi yaxınlaşan zaman keçidin qırmızı işığı yanır. Bundan başqa, piyada yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istədikdə keçiddə yaşıl işıq qırmızı ilə əvəzlənir. Məsələn, piyada keçiddən kənara çıxarsa, sistem sürücünü təhlükə haqqında məlumatlandıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.