Süni intellektin etik kodeksi hazırlanır

05 Oktyabr 2017 - 15:23 | Maraqlı məlumatlar
Süni intellektin etik kodeksi hazırlanır

“Google” şirkətinin süni intellektlə məşğul olan “DeepMind” adlı bölməsi etik problemlərə xüsusi diqqət yetirməyə başlayıb. ABŞ-ın texnologiya nəhənginin 2014-cü ildə satın aldığı Britaniya şirkəti süni intellektin inkişafı ilə bağlı ən mühüm problemlərlə məşğul olacaq yeni tədqiqat qrupunun yaradılması haqqında açıqlama verib.

futurist.ru saytının məlumatında bildirilir ki, tədqiqatçılar xüsusilə süni intellektin idarə edilməsi üsullarını öyrənəcək, həmçinin avtomatlaşdırmanın gələcək iqtisadi təsirini proqnozlaşdıracaqlar. Ekspertlər intellektual sistemlərə insanların əxlaqi və mənəvi dəyərlərini ayırd etməyi öyrətmək yollarını axtaracaqlar.

“DeepMind Ethics and Society” adlandırılmış yeni komanda bu və digər mövzulara dair tədqiqatının ilk nəticələrini 2018-ci ilin başlanğıcında dərc edəcək. Hazırda 8 əməkdaşdan ibarət qrupun il ərzində genişləndirilməsi planlaşdırılır. “DeepMind” dünyanın bu sahə üzrə aparıcı universitetləri ilə əməkdaşlıq etmək niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.