İnstitut əməkdaşlarının məqaləsi IEEE-nin beynəlxalq konfransında dərc olunub

05 Oktyabr 2017 - 16:00 | Mühüm hadisələr
İnstitut əməkdaşlarının məqaləsi IEEE-nin beynəlxalq konfransında dərc olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduğu “Effective use method of cloudlet resources by mobile users” (Cloudlet şəbəkəsinin resurslarından mobil istifadəçilər tərəfindən səmərəli istifadə metodu) adlı məqalə 20-22 sentyabr 2017-ci il tarixdə Moskva (Rusiya) şəhərində keçirilən IEEE-nin İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransında (The 11th IEEE International Conference Application of Information and Communication Technologies - AICT 2017) çap olunub.

Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin (Wireless Metropolitan Area Networks-WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudlet-lərin (kiçik buludlar) mobil istifadəçilərlə əlaqələndirilməsi məsələsinin həlli verilmişdir. Həmçinin mobil hesablama buludlarında cloudlet-lərin resurslarından səmərəli istifadə məqsədilə onlar arasında əlaqə kanallarının sayı müəyyənləşdirilmişdir. Cloudlet-lərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən istifadə etməklə zəruri proqram əlavələrinin yüklənəcəyi Cloudlet üçün şərtlər araşdırılmış və metod təklif olunmuşdur. 

Qeyd edək ki, AICT 2017 konfransı “Thomson Reuters Scientific”, “Google Scholar”, “Association for Computing Machinery”, “The Institution of Engineering and Technology”, “American Mathematical Society”, “National Library of Medicine”, “Optical Society of America”, “Scitopia.org” kimi nüfuzlu bazalarda indeksləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.