“Microsoft” şirkətinin həmtəsisçisi Bil Qeyts “The Wall Street Journal”a verdiyi müsahibədə süni intellektin bəşəriyyət üçün təhlükəli olmadığını bildirərək “Space X” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskla mübahisəyə daxil olub. “Microsoft”un icraçı direktoru Satya Nadella da Bil Qeytslə razılaşıb.
“İlonu narahat edən nəzarət problemini insanlar qaçılmaz hesab etməməlidirlər. Mən bu məsələdə İlonla razı deyiləm. Təlaşa düşməyə ehtiyac yoxdur. Eyni zamanda belə bir problemin nə vaxtsa, reallıq ola biləcəyi faktını da gözardı etmək olmaz”, – deyə Bil Qeyts qeyd edib. futurist.ru saytının məlumatına görə, Satya Nadella bildirib ki, süni intellekt yalnız insanların sayəsində inkişaf edə biləcək. Bu da onun fəaliyyəti üzərində nəzarəti təmin etməyə və hələ hazırlanma mərhələsində onun bütün mənfi təsirlərini aradan qaldırmağa imkan verəcək.
Qeyd edək ki, daha əvvəl İlon Mask süni intellektin hökmranlığını Şimali Koreyanın nüvə sınaqlarından daha böyük təhlükə adlandırmışdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.