İnstitutun əməkdaşı Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak edəcək

26 Sentyabr 2017 - 14:25 | Mühüm hadisələr
İnstitutun əməkdaşı Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak edəcək

14-22 oktyabr 2017-ci il tarixlərdə Rusiyanın paytaxtı Moskva şəhərində XIX Ümumdünya Gənclər və Tələbələr Festivalı keçiriləcək. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostat da iştirak edəcək.

17 illik tarixə və adət-ənənələrə malik olan dünyamiqyaslı festival bu illər ərzində minlərlə gənci “həmrəylik, sülh və dostluq” şüarı altında bir araya gətirmişdir. Bu il tədbirdə 150 ölkədən 20 000-dən çox gəncin iştirak edəcəyi gözlənilir.

Festival dünyanın müxtəlif ölkələrindən olan gənclərə dostluq və əməkdaşlıq əlaqələri qurmaq, müasir gəncliyin üzləşdiyi qlobal problemlərə dair fikir mübadiləsi aparmaq və təcrübələrini bölüşmək üçün geniş imkanlar açır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.