“Ctrl+Alt+Delete klavişi uğursuz kombinasiyadır”

25 Sentyabr 2017 - 11:17 | Maraqlı məlumatlar
“Ctrl+Alt+Delete klavişi uğursuz kombinasiyadır”

“Microsoft” şirkətinin həmtəsisçisi Bil Qeyts gərəksiz mürəkkəb kombinasiya olan Control+Alt+Delete üçün təəssüf hissi keçirdiyini bildirib. Bu klaviş Windows-a giriş və ya məsələlər dispetçerinin işə salınması üçün istifadə olunur.

Şirkət rəhbəri Bloomberg Global Business Forum-da bu ideyanın uğurlu olmadığını bildirib: “İnsanlar keçmişə qayıda və risk etmədən öz həyatında xırda şeyləri dəyişdirə bilmirlər. Lakin mənim imkanım olsaydı bu kombinasiyanı bir düyməylə əvəz edərdim”

hitech.vesti.ru saytının məlumatına görə, B.Qeyts əvvəllər də Control+Alt+Delete kombinasiyasının uğursuz olduğunu etiraf etmişdir. Onun sözlərinə görə, IBM üçün klaviaturanı layihələşdirən şəxs Windows-a bir düymə ilə daxil olmaqdan imtina edərək öz qərarını dəyişməmişdir. Bu səbəbdən biz sistemi aşağı səviyyədə proqramlaşdırmalı olmuşduq, bu, səhv idi.

Qeyd edək ki, Ctrl+Alt+Del kombinasiyasının müəllifi IBM-in mühəndisi Devid Bredlidir. Əvvəlcə klaviş fərdi kompüterlərin yenidən işə salınması üçün nəzərdə tutulmuşdur.   Buna görə düymələr bir-birindən uzaq yerləşdirilmişdir ki, onlara bir əllə təsadüfən basmaq mümkün olmasın.  Proqramçılar üçün nəzərdə tutulmuş bu komanda hazırda Windows-da ən məşhur klavişlərdən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.