Tibbi dronlar şəbəkəsi işə salınacaq

22 Sentyabr 2017 - 12:51 | Maraqlı məlumatlar
Tibbi dronlar şəbəkəsi işə salınacaq

İsveçrə hospitalları “Matternet” şirkətinin dronlardan istifadəyə əsaslanan avtonom çatdırılma sistemi ilə təchiz ediləcək. Bu texnologiya tez bir zamanda xəstəxanalar arasında bütün zəruri materialların göndərilməsinə, həmçinin tibbi işçilərin göndərdiyi dərmanların yolda çatdırılmasına imkan verəcək.

İsveçrə hökuməti 2017-ci ilin mart ayında şirkətə əhalinin sıx məskunlaşdığı şəhərlər üçün dronlardan istifadəyə əsaslanan logistik şəbəkə yaratmağı tapşırıb. Bütün xəstəxanalar lazımi bioloji materiallar, dərmanlar və digər kiçik bağlamaları göndərərək bir-biri ilə əlaqədə olacaq. Yerdəyişməni xüsusi proqram vasitəsilə izləmək mümkün olacaq.

futurist.ru saytının məlumatına görə, texnologiya qəza və tıxacları unutduracaq. Bir xəstəxanada pasiyentə nadir tapılan qan lazım olduqda və o, yalnız şəhərin digər hissəsində yerləşən xəstəxananın ehtiyatlarında varsa, dron vasitəsilə göndəriləcək. Bu, yalnız materialın ötürülmə vaxtını azaltmayacaq, həm də təcili yardım avtomobilini ona daha çox ehtiyac duyulan yerə yönəltməyə imkan verəcək. Dronları idarə etməyi istənilən əməkdaş öyrənə biləcək. Belə ki, dronların idarəetmə interfeysi maksimal dərəcədə sadələşdirilib.

“Sərhədsiz həkim” proqramı ilə əməkdaşlıq edən “Matternet” şirkəti öz məhsullarını bütün dünyada tətbiq etmək niyyətindədir. Cari ilin sonunadək dronlar vasitəsilə çatdırılma sistemi bütün İsveçrəyə yayılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.