İnternetdə ən təhlükəli insan kimdir?

22 Sentyabr 2017 - 11:39 | Maraqlı məlumatlar
İnternetdə ən təhlükəli insan kimdir?

“McAfee” şirkətinin kibertəhlükələr üzrə ekspertləri İnternet aləmində ən təhlükəli personajın şəxsiyyətini açıqlayıb. Bu haqda Associated Press” agentliyi məlumat yayıb.

Bu, 2013-cü ildən bugünədək heç bir albom təqdim etməyən, lakin İnternetdə öz adına müntəzəm olaraq zərərverici məzmunlu kontent yayan kanadalı məşhur müğənni Avril Lavindir.

McAfee mütəxəssislərinin apardığı təhlilin nəticələrinə görə, kibercinayətkarlar təhlükəli proqram təminatlarını əsas etibarilə, məhz pop müğənnilərin adı ilə bağlı olan materiallarda yerləşdirirlər. Beləliklə, Avril Lavin “ən zərərverici” məşhur olub. Axtarış sistemlərinin bu müğənninin pulsuz MP3-lərinin sorğusu üzrə istifadəçilərə verdiyi istinadlar  22 faiz ehtimalla virus olan saytlara gətirib çıxarır. Qeyd olunur ki, müğənninin mahnıları ilə maraqlanmayan və onun yalnız şəkillərinə baxmaq üçün sayta daxil olan istifadəçilərin təhlükəli virusa rast gəlmək ehtimalı 14,5 faizdir.

İlin ən “təhlükəli” məşhurlarının siyahısına, həmçinin müğənnilər Bruno Mars, Zeyn Malik, Selin Dion, Keti Perri və Beyons da daxil olublar.

lenta.ru saytının məlumatına görə, Avril Lavin McAfee-nin illik top siyahısında birinci yeri tutmuş ilk qadın-musiqiçidir. Ötən ilin lideri məşhur komediya ustası, stəndapçı Emi Şumer, 2015-ci ilin lideri isə hollandiyalı musiqiçi Armin van Buuren olmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.