Yeni sayt istənilən selfidən 3D-maska yaradır

21 Sentyabr 2017 - 15:22 | Texnoloji yeniliklər
Yeni sayt istənilən selfidən 3D-maska yaradır

İngiltərənin Nottingem və Kinqston universitetlərinin süni intellekt üzrə mütəxəssisləri bir fotoşəkil əsasında sifətin 3D-modelini yaradan yeni saytı istifadəyə veriblər. Fotoşəkilin sifətin ön tərəfindən çəkilməsi tövsiyə edilir. Bu, alqoritmlərə insanı daha asan tanımağa imkan verəcək.

hitech.vesti.ru saytının məlumatına görə, neyroşəbəkə ikiölçülü təsviri üçölçülüyə çevirir. O, sifətin real həyatda necə görünə biləcəyini təxmin edir və hətta onun orijinal fotoşəkildə görünməyən cizgilərini çəkir.

İstehsalçıların sözlərinə görə, sayt əyləncə üçün iki gün ərzində yaradılıb. Bütün yüklənmiş təsvirlər 20 dəqiqə sonra avtomatik silinir və daha istifadə olunmur. Hər kəs layihənin rəsmi veb-saytına öz fotoşəklini yükləyərək sifətinin 3D-modelini görə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.