“Aevena” startap-şirkəti “Aire” adlı uçuş robotunu – istifadəçinin mənzilində baş verənləri birbaşa yayım vasitəsilə izləyə biləcəyi “ağıllı” sistemini hazırlayır. 4 ultrasəs sensoru və 3D-kamera ilə təchiz edilmiş “Aire” istənilən istiqamətdə maneələri aşkar edə və onları dəf edə bilir, onun 4K keyfiyyətli əsas kamerası qaranlıqda da çəkə bilir.
popmech.ru saytının məlumatına görə, qurğu Wi-Fi vasitəsilə drona qoşulmuş smartfona yüklənmiş mobil proqramın köməyilə idarə olunacaq. Dron gələcəkdə mənzili sərbəst şəkildə izləyə biləcək. Qurğunun səthi yumşaq parça ilə örtülüb ki, bu da ətrafdakı obyektlərlə toqquşma zamanı dronu güclü zədələrdən qoruyur. “Aire” həmçinin “Alexa” virtual köməkçisi vasitəsilə səslə idarəetməni dəstəkləyəcək.
Hazırda startap təxminən 22 000 dollar toplaya bilib. “Kickstarter” platformasında layihənin rəsmi səhifəsində “Aire” ilə yaxından tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.