“3D” printerinin köməyilə yaradılmış çanaq-bud oynağı britaniyalı qadına implantasiya olunub

16 May 2014 - 14:00 | Texnoloji yeniliklər
“3D” printerinin köməyilə yaradılmış çanaq-bud oynağı britaniyalı qadına implantasiya olunub

“Sky News” telekanalının yaydığı məlumata görə, böyük britaniyalı həkimlər “3D” printerin köməyilə yaradılmış çanaq-bud oynağını 71 yaşlı qadına implantasiya edərək ona yenidən yerimək imkanı veriblər. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə,titan protez quraşdırılana kimi britaniyalı qadın altı uğursuz əməliyyat keçirdib. 

"Yenidən gəzə bilmək sadəcə möcüzədir, mən çox xoşbəxtəm" – xəstə telekanala müsahibəsində belə deyib. Köçürülmə əməliyyatı Böyük Britaniyanın cənubunda Sauthempton xəstəxanasında həyata keçirilib. 

Cərrah Duqlas Danlopun sözlərinə görə, oynağın fiksajı üçün pasiyentin sümük beyninin hüceyrələrindən hazırlanmış yapışqandan istifadə olunub.