Məlumatların müdafiəsi üzrə ispan agentliyi informasiyanın mühafizəsi haqqında Orqanik qanun pozuntularına görə “Facebook” sosial şəbəkəsinin üzərinə külli miqdarda cərimə qoyub.
belta.by saytının məlumatına görə, “Facebook”un müştərilərinin şəxsi informasiyasından istifadə etməsi ilə bağlı ciddi pozuntular aşkar edilib. Sosial şəbəkənin müştərilərin məxfi məlumatlarını onların açıq razılığı olmadan reklam üçün istifadə etdiyi bildirilir. Buna görə də, agentlik sosial şəbəkənin üzərinə 1,2 milyon avro dəyərində cərimə qoyur.
Agentlik qeyd edir ki, “Facebook”un istifadəçiləri onlar haqqında informasiyanın “Cookie”nin köməyi ilə emal ediləcəyi barədə məlumatlandırılmayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.