Smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirmək mümkün olacaq

11 Sentyabr 2017 - 17:11 | Texnoloji yeniliklər
Smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirmək mümkün olacaq

ABŞ-ın Caltech İnstitutunun alimləri adi smartfonun köməyilə ürəyin fəaliyyətini qiymətləndirən proqram hazırlayıblar.

futurist.ru saytının məlumatına görə, xüsusi proqram smartfonun kamerasını diaqnostika üçün qadcetə çevirir. Onu 2 dəqiqə boyuna qoyub saxlamaq lazımdır. Bundan sonra kamera yuxu arteriyasından keçən qanın miqdarını və ürəyin fəaliyyətini qiymətləndirir.

Smartfondan istifadə zamanı yanlışlıq 19 faiz təşkil edib. Bu göstərici standart ultrasəs müayinə zamanı 20 faizə bərabərdir. Prosedur üçün smartfona 2 dəqiqə kifayət edir, exokardioqrafiya isə 30-60 dəqiqə davam edir. Sınaq zamanı iPhone 5dən istifadə edilsə də, həkimlər istənilən müasir smartfonun uyğun gələcəyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.