Bionik linzalar ideal görməni təmin edəcək

08 Sentyabr 2017 - 09:00 | Maraqlı məlumatlar
Bionik linzalar ideal görməni təmin edəcək

Kanadanın “Ocumetics Technology Corporation” şirkəti eynəyi və kontakt linzaları əvəz edə biləcək “Bionic Lens” qurğusunun kliniki sınaqlarını keçirir. Bionik linzanı artıq sifariş etmək mümkündür.

hi-news.ru saytının məlumatına görə, “Bionic Lens” bir növ göz büllurunu əvəz edən implantdır. Bu implantın “quraşdırılması” praktik olaraq, süni göz büllurunun quraşdırılması əməliyyatından fərqlənmir. İmplantasiyadan sonra linza görmənin torlu qişanın zədələnməsi ilə bağlı olmayan istənilən kənaraçıxmalara düzəliş edir. Beləliklə, “Bionic Lens” gözün içinə quraşdırılan “dinamik” linza ilə oxşarlıq təşkil edir. Bu, “Bionic Lens”in müxtəlif məsafələrə fokuslanmağa imkan verən siliar əzələ ilə birləşməsi nəticəsində mümkün olur. İstehsalçılar bildirirlər ki, fokuslamanın diapazonu adi göz büllurundan daha genişdir. Bionik linzanın işinə isə, 100 dəfə az enerji sərf edilir ki, bu da linzanı idarə edən əzələnin yorulmamasına səbəb olur.

“Bionic Lens”dən istifadə edərək görməni 30 metrə qədər məsafədə olan kiçik predmetlərə (məsələn, avtomobilin nömrəsi) fokuslamaq olar. İstehsalçıların sözlərinə görə, insanlar barmaqlarına baxdıqda barmaq izlərini formalaşdıran ən xırda naxışları belə ayırd edə biləcək. Gələcəkdə implantı modifikasiya etmək (məsələn, təsviri xarici qurğunun ekranına çıxarmaq) mümkün olacaq.

Qurğunun qiyməti bir ədəd üçün 3200 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.