“Facebook AI lab” laboratoriyasının tədqiqatçıları özündə xüsusi alqoritmin idarə etdiyi animasiyanı ehtiva edən bot hazırlayıblar. O, yüzlərlə “Skype” videozəng qeydləri əsasında öyrədilib: belə ki, o, insanların bir-birilərinə mimikalarla verdiyi reaksiyanı anlamağı və onu canlandırmağı öyrənib.
popmech.ru saytının məlumatına görə, alqoritm təlimi optimallaşdırmaq üçün insanın sifətini hər videozəng ərzində izlədiyi 68 əsas nöqtəyə bölüb. İnsanlar, adətən bir-biri ilə əlaqədə olduğunu göstərmək üçün başlarını yelləyir, göz qırpır və s. hərəkətlər ediblər. Nəticədə sistem də bunu etməyi öyrənib.
Sonra bot danışan insanın olduğu videoya baxaraq real vaxtda hansı mimik reaksiyanın ən uyğun olacağını seçməyə qadir olduğunu göstərib. Məsələn, əgər insan gülürdüsə, bot da ağzını açmağa və ya başını arxaya çəkməyə qərar verib.
Bundan sonra, “Facebook”un tədqiqatçıları sistemi insan qruplarında sınaqdan keçiriblər. Sınaqdan keçirilənlər bot və insan, eləcə də insan və insan arasında qarşılıqlı təsirin olduğu animasiyanı izləyiblər. Nəticələrə əsasən, botlar və insanlar eyni dərəcədə təbii və həqiqidirlər.
Ancaq alimlər qeyd edirlər ki, mimik ifadələr – hələ hər şey deyil. Dolğun kommunikasiyanın saxlanılması üçün onlar haqqında biliklər azdır: insanların üz cizgilərinin arxasında düşüncə və hislər dayanır.
Qeyd edək ki, “Facebook” yeni tədqiqatını bu ay Vankuverdə (Kanada) keçiriləcək “International Conference on Intelligent Robots and Systems” konfransında təqdim edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.