“Microsoft” virtual reallıq çubuğunu patentləşdirib

28 Avqust 2017 - 10:05 | Texnoloji yeniliklər
“Microsoft” virtual reallıq çubuğunu patentləşdirib

“Microsoft” şirkəti müasir qarnitur bazarını çoxdan fəth edib və istehlakçıları təəccübləndirməyə davam edir. Şirkət ilin əvvəlində virtual reallıq üçün xüsusi səsgücləndiriciləri təqdim edib, indi isə əlavə reallığı idarə edən qadcetin yaradılması üzərində işləyir.

Korporasiya virtual reallıq çubuğunu patentləşdirib. Yeni qadcet “Windows Mixed Reality” funksiyası çərçivəsində istifadə üçün nəzərdə tutulub. Qurğu səthində bir neçə düymə olan qısa əsaya bənzəyir. Həmçinin onda barmaq və çaxmaq tətiyi üçün mühafizə sistemi var.

vladtime.ru saytının məlumatına görə, ekspertlər qurğunun “Google Draw” ilə oxşarlığını qeyd ediblər. Qurğu “HoloLens” düymələr sistemi sayəsində genişləndirilmiş imkanlar əldə edib. Şirkət hələ ötən il patent üçün sifariş verib və həmin gün “Mixed Reality” ilə bağlı demo-çarxı təqdim edib. Videoda yeni qurğudan istifadə ilə bağlı təlimat verilir.

“Microsoft” nümayəndələri bir neçə “Mixed Reality” qarniturunun istehsalına hazırlandıqlarını bildiriblər. “HP”, “Dell”, “Lenovo”, “Asus” və “Acer” şirkətləri artıq onları təqdim edib. Qeyd edilir ki, yeni qadcetlərin qiyməti bazarda təqdim edilmiş müasir qurğuların qiymətinə nisbətən bir qədər aşağı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.