Süni intellekt albom üçün musiqi yazıb

25 Avqust 2017 - 11:00 | Maraqlı məlumatlar
Süni intellekt albom üçün musiqi yazıb

Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, albomların yazılması artıq reallıqdır. Belə ki, “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqilərdən ibarətdir.

belta.by saytının məlumatına görə, “Amper” adlı süni intellekt öncə mağaza və ofislər üçün sakit mahnılar bəstələməli idi ki, onların sahiblərinin müəlliflik hüququ ilə bağlı problemləri olmasın. Lakin sonra süni intellektin yaradıcıları bu kimi proqramların əsl mahnıların yaradılmasında faydalı ola biləcəyi barədə düşünüblər.

Müğənni Tarin Sautern ilə birgə ilk albomun çıxarılmasına qərar verilib. Sözlərin müəllifi olan müğənni həm də vokal hissələrini ifa edib. O, musiqinin tempi, ritmi və stilini seçib, süni intellekt isə saniyələr ərzində onun sözlərinə musiqi bəstələyib.

Süni intellekt ilk klipin yaradılmasında da iştirak edib. Əlbəttə, bu kompozisiyanı musiqi sənətinin şah əsəri adlandırmaq çətindir, lakin bu yalnız başlanğıcdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.