“Siemens” “eHighway” elektromagistralının tikintisinə başlayıb

24 Avqust 2017 - 12:00 | Maraqlı məlumatlar
“Siemens” “eHighway” elektromagistralının tikintisinə başlayıb

“Siemens” korporasiyası hələ 2012-ci ildə elektrik avtomobillərinin yol üzərində hərəkət zamanı enerji toplamasına imkan verən elektromagistralın layihəsini təqdim etmişdi. Artıq şirkət çoxsaylı sınaqlardan sonra “innovativ yolun” tikintisinə başlayıb.

hi-news.ru saytının məlumatına görə, “eHighway” adlandırılan elektrikləşdirilmiş avtomagistrallardan dizel-elektrik hibrid yük maşınları da hərəkət üçün istifadə edə bilərlər.

2016-cı ildə “Siemens” şirkəti İsveçdə, Stokholm yaxınlığında “eHighway”in ilk eksperimental sahəsini tikmişdi. Hazırda Almaniyada 10 kilometr ölçülü sahədə yolun salınması işləri aparılır. 2018-ci ilin sonunadək tikinti işlərinin yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “eHighway” Frankfurt aeroportunda yerləşdirilmiş Zeppelinheym logistik mərkəzindən başlayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.