Məlumdur ki, müasir Data Mərkəzlər yüksək enerji sərf edir, çox sayda informasiyanı özündə saxlayır, mürəkkəb hesablamalar aparır və sistemlərin işini stabil olaraq dəstəkləmək üçün güclü soyutma sistemi tələb edirlər. Bu səbəbdən soyuq yerlərdə hesablayıcı maşınlar qurmaq qərarı tamamilə məqsədəuyğundur. “Kolos” şirkəti Norveçin şimalında, Ballangen şəhərinin yaxınlığında dünyada ən böyük məlumatların saxlanması və işlənməsi mərkəzi tikməyi planlaşdırır.
hi-news.ru saytının məlumatına görə, bu bölgənin soyuq iqlimi effektiv soyutma sistemi yaratmağa, bir çox yenilənən enerji mənbələrinin olması isə, enerji təchizatı problemini həll etməyə imkan verəcək. “Kolos” şirkətinin nümayəndələri bildirirlər ki, informasiya Data Mərkəzinin fəaliyyəti üçün lazım olan bütün enerji küləyin köməyilə və yaxınlıqdakı çaylarda yerləşdirilmiş su-elektrik stansiyaları ilə əldə olunacaq. Mütəxəssislərin hesablamalarına görə, tikintiyə bir aya təxminən 1000 meqavatt enerji lazım olacaq. Lakin Qütb regionunun soyuq iqlimi bu göstəricini 60 faiz azaltmağa imkan verəcək.
“Kolos” şirkətinin dizaynerləri Norveçin “HDR” şirkətinin memarları ilə birgə gələcək tikilinin ilkin layihəsini hazırlayıblar. Yaxın zamanda binanın planının təsdiq olunması planlaşdırılır. İlkin hesablamalara əsasən, tikinti 3000 işçinin iştirakı ilə bir neçə il ərzində həyata keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.