Hələ hərbi robotlar istehsal olunmağa başlamasa da, artıq bir çox şirkətlərin nümayəndələri robot-qatilləri qadağan etmək çağırışları ilə açıq məktub yazıblar. Müraciətin altında “DeepMind” laboratoriyası və bir çox digər layihələrin müəllifi İlon Mask imzasını atıb. Müraciət yüz imza topladıqdan sonra BMT-yə göndərilib.
hi-news.ru saytının məlumatına görə, süni intellektlə təchiz edilmiş özü hərəkət edən tanklar, avtonom turellər və silahların digər növləri gələcəkdə ciddi təhlükə törədə bilərlər. Buna görə də məktubun müəllifləri Yer kürəsində bəşəriyyət üçün təhlükə yaradan yeni öldürücü qurğuların meydana çıxması ilə növbəti hərbi inqilabın və qızğın silahlanmanın başlamasından ehtiyat edirlər.
Məktubun mahiyyəti ondan ibarətdir ki, müəyyən silah növlərindən məhdud istifadə və qadağa haqqında Konvensiyanı ona döyüş robotları və digər avtonom silahları daxil etməklə təkmilləşdirmək lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.