ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlara psixi pozğunluq və digər xroniki xəstəliklərin gedişatına müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.
meddaily.ru saytının məlumatına görə, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stresə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.
Tədqiqatda ciddi psixi pozğunluq və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar yeni proqramdan asanlıqla istifadə edə biliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.