Çində ilk İnternet-məhkəmə açılıb

18 Avqust 2017 - 15:51 | Maraqlı məlumatlar
Çində ilk İnternet-məhkəmə açılıb

Çinin Çjeszyan əyalətinin Xançjou şəhərində ilk İnternet-məhkəmə açılıb.

ria.ru saytının məlumatına görə, İnternet-məhkəmə onlayn ticarətdə dələduzluq halları, onlayn borc müqavilələri və İnternetdə müəllif hüquqlarının pozulması ilə bağlı işlərə baxacaq. Bütün məhkəmə prosedurları məhkəmənin veb-saytı, dinləmələr və hökmün oxunması isə onlayn videotranslyasiya vasitəsilə həyata keçiriləcək.

Daha əvvəl qeyd edilirdi ki, şəhərin məhkəmə sistemi artıq kibercinayətlər üzrə bir çox işə baxır və onların sayı getdikcə artır. 2013-cü ildə məhkəmə bu kimi 600 işə baxırdı, ötən il onların sayı 10 mini ötmüşdü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.