“Google” səsli axtarış sisteminə Azərbaycan dili daxil edilib

18 Avqust 2017 - 09:00 | Maraqlı məlumatlar
“Google” səsli axtarış sisteminə Azərbaycan dili daxil edilib

“Google” korporasiyası səsli axtarış sisteminə 30 yeni dil əlavə edib.

runews24.ru saytının məlumatına görə, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir.  Mütəxəssislər süni intellektə bu və ya digər dilin incəliklərini “öyrədirlər”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.