Çatlamış ekranları bərpa etməyə imkan verən texnologiya

17 Avqust 2017 - 11:00 | Texnoloji yeniliklər
Çatlamış ekranları bərpa etməyə imkan verən texnologiya

“Motorola” şirkəti çatlamış ekranı heç bir səy göstərmədən təmir etməyə imkan verən texnologiyanı təqdim edib. Şirkət öz əvvəlki formasını “xatırlamaq” imkanına malik xüsusi şüşəyəbənzər polimeri patentləşdirib. İdeyaya əsasən, belə polimerdən istehsal edilmiş ekran zədə baş verərsə, bir müddət sonra bərpa oluna biləcək.

belta.by saytının məlumatına görə, bunun üçün smartfonların “bortuna” xüsusi proqram təminatı qurulacaq. O ekranın vəziyyətini izləyə biləcək və zədələr yarandıqda sahibinə bərpa proseduruna başlamağı təklif edəcək. Öncədən müəyyən edilmiş aparat hissələri qızmağa başlayacaq və ekran ilkin formasını alacaq. Bu zaman qurğudan istifadə etmək olmaz.

Motorola istehsalçıları hələ ki, ciddi və dərin çatlar yaranan zaman örtüyün tam bərpasına zəmanət vermirlər. Lakin xırda “kəsiklərin” bərpası tamamilə realdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.