Depressiyaya qalib gələn lampa hazırlanıb

17 Avqust 2017 - 10:00 | Maraqlı məlumatlar
Depressiyaya qalib gələn lampa hazırlanıb

Tomsk İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin tədqiqatçıları insanlara depressiya vəziyyətindən çıxmağa kömək edən lampa hazırlayıblar.

hi-news.ru saytının məlumatına görə, bu cihaz depressiyanın öhdəsindən gəlməyə imkan verməklə yanaşı, insanın iş qabiliyyətini hiss olunacaq dərəcədə artırır. Xüsusi lampa gözün torlu qişası vasitəsilə insanlar tərəfindən qəbul edilən və beynin ritmlərini stimullaşdıran parıltı yaradır. Alfa-ritmlər (8-14 Hs) emosional vəziyyəti, beta (14-40 Hs) ritmlər isə iş qabiliyyətini normallaşdırır. Beynin uğurlu stimulyasiyası üçün seans təxminən on dəqiqə davam edir. Cihaz öz təyinatı üzrə istifadə olunmursa, o, adi işıqlandırma lampası kimi xidmət edə bilər.

Hazırda cihazın sınaqları keçirilir, adi işıqlandırma və gün işığının cihazın işinə mane olub-olmadığı araşdırılır. Layihənin bir il ərzində yekunlaşdırılması və satışa çıxarılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.