“Tesla” şirkətin generasiya, saxlama və bərpa olunan enerjidən istifadə sahəsində tətbiqlərini nümayiş etdirən kiçik daşına bilən ev – “Tesla Tiny House”u təqdim edib. “Tesla” şirkəti evi “Model X” avtomobilinə dəstək üçün turun gedişatında nümayiş etdirib.
popmech.ru saytının məlumatına görə, evdə insanlara sistemi nizama salmağa kömək edən xüsusi konfiqurator mövcuddur: bununla evin təmiz günəş enerjisini (günəş batareyalarının köməyi ilə) gün və gecə ərzində istifadə etmək üçün “Powerwall”da saxlamaqla necə generasiya edəcəyini müəyyən etmək olar. Bütün bunları “Tesla”nın proqramında izləmək və dəyişdirmək mümkün olacaq. 2 ton çəkiyə malik “Tesla Tiny House” 100 faiz bərpa olunan enerji ilə qidalanır.
Nümayiş Avstraliya üzrə tur çərçivəsində Melburnda keçirilib. Qeyd edək ki, bu ölkənin bazarı “Tesla” üçün olduqca əhəmiyyətlidir: burada evlərin təxminən 15 faizinin damı günəş batareyaları ilə təchiz edilib ki, bu da dünyada ən böyük konsentrasiyadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.