Ayrı-ayrı hüceyrələri tuta bilən biotibbi robot

09 Avqust 2017 - 11:13 | Texnoloji yeniliklər
Ayrı-ayrı hüceyrələri tuta bilən biotibbi robot

Şimali Karolina Universiteti və Dyuk Universitetində çalışan alimlər qrupu tərəfindən yaradılmış mikroskopik ölçülü biotibbi robot ayrı-ayrı hüceyrələri tutmaq qabiliyyətinə malikdir.

AZƏRTAC-ın verdiyi məlumata görə, yeni robotlar bir tərəfinə metal çəkilmiş polimer kublardan ibarət massiv formasındadır. Bunun nəticəsində maqnit sahəsinin köməyi ilə onların hərəkətini idarə etmək olar, həmçinin robotları obyektləri tutmaq qabiliyyətinə malik və bir istiqamət üzrə hərəkət edən daha mürəkkəb struktur formasında qruplaşmağa məcbur etmək mümkündür.

Qurğunun yaradıcıları hesab edirlər ki, gələcəkdə belə miniatür robotlar həkimlərə pasiyentlərin şiş hüceyrələri daxil olmaqla, ayrı-ayrı hüceyrələrini araşdırmağa imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.