Mobil proqram britaniyalı qadının həyatını xilas edib

07 Avqust 2017 - 10:06 | Maraqlı məlumatlar
Mobil proqram britaniyalı qadının həyatını xilas edib

46 yaşlı britaniyalı Niki Dudric ödənişsiz mobil proqramın köməyilə öz həyatını xilas edib. O, bədəndə xalları skan edən proqramı yükləyib. Proqram rəngi və ölçüsünə görə digərlərindən fərqlənən bir xaldan başqa bütün xalların normal olduğunu göstərib. Smartfon Nikiyə təcili həkimə müraciət etməyi “tövsiyə edib”.

mir24.tv saytının məlumatına görə, həkimlər qadına dəri xərçənginin ən təhlükəli forması hesab edilən pisxassəli melanoma diaqnozunu qoyublar. Artıq britaniyalı qadın əməliyyat olunub və cərrahi müdaxilə müvəffəqiyyətlə başa çatdırılıb.

Qeyd edək ki, günəş şüalarının səbəb olduğu ən qorxunc xəstəlik melanomadır. Dünyada hər il bu dəhşətli xəstəliyə 232 mindən çox insan yoluxur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.