“IBM”dən yeni rekord

03 Avqust 2017 - 15:17 | Texnoloji yeniliklər
“IBM”dən yeni rekord

ABŞ-ın “IBM” şirkətinin mütəxəssisləri yeni dünya rekorduna imza atıblar. Onlar 330 TB (330 milyon kitaba bərabər) məlumatı ovuc ölçüsündə yığıcıya yerləşdirməyə nail olublar.

“Lent ənənəvi olaraq video-arxivlər, ehtiyat surətlər, informasiyanın bərpası və saxlanılması üçün istifadə olunur, lakin sənaye portativ variantlar istiqamətində genişlənməyə davam edir”, – deyə istehsalçılar bildiriblər.

futurist.ru saytının məlumatına görə, yeni maqnit lentinin qiyməti hələ ki, digər kommersiya lentlərindən yüksək olacaq. Lakin zamanla daha böyük həcmin yaradılması imkanı bir terabaytın qiymətinin azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, 60 il əvvəl ixtira edilmiş maqnit lent yığıcıları ənənəvi olaraq vergi sənədləri və tibbi yazıların arxivləşdirilməsi üçün tətbiq edilirdi. “IBM”in lentlər üzrə ilk bölməsi yarım düym enliyində lentdən istifadə edirdi ki, ona təxminən 2 MB məlumat yerləşirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.