Yüksəkixtisaslı mütəxəssislərin fikrinə görə, robot-tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.
Aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.
globalscience.ru saytının verdiyi məlumata görə, “IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql qeyd edib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsiylə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.
Yaxın gələcəkdə alimlər robot-tozsoranın köməyilə eksperimental tədqiqat keçirməyi də planlaşdırırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.