"Samsung" qurğularının dizaynında dəyişikliklər ola bilər

08 May 2014 - 16:00 | Texnoloji yeniliklər
"Samsung" qurğularının dizaynında dəyişikliklər ola bilər

Tezliklə "Samsung" şirkətinin istehsal etdiyi smartfon və planşetlərin xarici görünüşündə ciddi dəyişikliklər baş verə bilər. Məlum olduğu kimi, bir müddət əvvəl şirkətin mobil qurğularının dizaynı ilə məşğul olan şöbənin rəhbəri Çan Don Xun öz arzusu ilə işdən azad olunub. 

pitbit.ru saytının məlumatına görə, onun öz postunu nə səbəbə tərk etdiyi hələlik məlum deyil. Lakin bildirilir ki, o, yenə də şirkətin həmin şöbəsində işləməyə davam edəcək. Yeni rəhbər isə mobil dizayn üzrə hazırkı vitse-prezident olan Li Min Hek olacaq. 

Qeyd etmək lazımdır ki, son zamanlar Samsung smartfonları tez-tez dizaynla bağlı tənqidlərə məruz qalırdı. Səbəb kimi isə onların "Apple" smartfonlarına çox oxşar olması göstərilirdi.