“Vikipediya”nı mətn macərasına çeviriblər

19 İyul 2017 - 11:39 | Maraqlı məlumatlar
“Vikipediya”nı mətn macərasına çeviriblər

İngilis proqramçısı Kevan Devisin sayəsində ilk dəfə olaraq “Vikipediya”da əylənmək mümkün olacaq. Devis məşhur onlayn ensiklopediyanı mətn macərasına çevirmək qərarına gəlib. Bu da ötən əsrin 80-ci illərində olduqca məşhur janr idi. “Wikipedia: The Text Adventure” adlı layihə desktop yaxud mobil veb-brauzerlərdə işləyir.

4pda.ru saytının məlumatına görə, “Wikipedia: The Text Adventure”də yalnız müxtəlif məşhur və görməli yerləri araşdırmaq, eyni zamanda onlar haqqında məlumat oxumaq mümkündür. Fərqli istiqamətlərə hərəkət “go east” (“şərqə get”) yaxud “go west” (“qərbə get”) kimi bir sıra mətn əmrləri ilə həyata keçirilir. “Take” (“götürmək”) sözünü yazaraq və maraqlı olan əşyanın adını göstərərək onu götürmək mümkündür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.