“Hər şeyi görən” kamera təqdim olunub

17 İyul 2017 - 16:13 | Texnoloji yeniliklər
“Hər şeyi görən” kamera təqdim olunub

Rusiyanın “Ростех” dövlət korporasiyası “ИННОПРОМ-2017” beynəlxalq sənaye sərgisində yeni qısadalğalı infraqırmızı diapazonlu kameranı təqdim edib.

Rusiyanın Швабе şirkətinin məhsulu olan qurğunun əsas xüsusiyyəti onun müxtəlif şəraitdə işləyə bilməsidir. Kameradan hətta tüstü, toz, duman və qaranlıq olduqda belə istifadə etmək mümkündür. Qurğu həm də istilik qığılcımlarını aşkar etməyə malikdir.

3dnews.ru saytının məlumatına görə, “hər şeyi görən” kamera bir çox mülki sahələrdə də istifadə edilə bilər. Potensial tətbiq sahələrinə ərzaq keyfiyyətinin müəyyənləşdirilməsi, günəş batareyalarının diaqnostikası, kənd təsərrüfatı sahələrinin monitorinqi, o cümlədən neft-qaz sistemləri və tulantılara nəzarət aiddir. Kamera tibbi cihazlarda, dəniz və çay gəmilərinin naviqasiyası və heyvanlar aləminin müşahidəsi üçün də istifadə edilə bilər.

Layihəni təhlükəsizlik sahəsinə də cəlb etmək mümkündür. Qısadalğalı infraqırmızı diapazonlu kamera qeyri-şəffaf bağlama və çantaların içində nə olduğunu müəyyən etmək bacarığına malikdir.

Qurğu, həmçinin təbii saç rəngi, bığ, saqqal və s. saxta olduğunu müəyyənləşdirmək kimi qeyri-adi məsələləri həll etməyi bacarır. Bu da xüsusi xidmət orqanlarına cinayətkar və terrorçuları müəyyənləşdirməyə kömək edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.