“Virtual reallıq üçün Paint” proqramı istifadəyə verilib

12 İyul 2017 - 16:00 | Maraqlı məlumatlar
“Virtual reallıq üçün Paint” proqramı istifadəyə verilib

“Google” şirkəti virtual sahə daxilində 3D-qrafiklərin yaradılması üçün “Block” ödənişsiz proqramını istifadəyə verib. Şirkət nümayəndələri bildirirlər ki, yenilik olduqca sadədir və o, istifadəçilərdən 3D rəsm çəkmə bacarığı tələb etmir.

hitech.vesti.ru saytının məlumatına görə, proqram uşaq kubları ilə oyun üçün daha uyğundur. “Block” “HTC Vive” və “Oculus Rift VR” qarniturlarında “Oculus Store” və “Steam” mağazalarında əlçatandır.

“Block”un daxilində yaradılmış 3D-modeli ixrac etmək, ondan təsvir və ya animasiyaya çevrilmiş GIF-faylı əldə etmək olar. İstifadəçilərin müəllifi olduğu işlərlə layihənin saytında tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.