Dinozavr qalıqları üçün 3D-skaner

11 İyul 2017 - 12:35 | Texnoloji yeniliklər
Dinozavr qalıqları üçün 3D-skaner

ABŞ-da dinozavr qalıqları üçün ucuz 3D-skaner hazırlanıb. Cihaz tirannozavr kəlləsi kimi mürəkkəb obyektlərin yüksək keyfiyyətli təsvirlərini əldə etməyə imkan verir.

dni24.com saytının verdiyi məlumata görə, bir il əvvəl ABŞ paleontoloqları aşkar ediblər ki, dinozavrların qalıqlarları öz ölçülərinə görə mövcud skanerlər üçün çox böyükdür.

Onların təşəbbüsünə əsasən, Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni qurğu hazırlamaq qərarına gəliblər. Nəticədə ölçülərinə görə daha nəhəng və əlverişli qiyməti olan qurğunu təqdim ediblər.

İstehsalçılar vurğulayıblar ki, ucuz 3D-skaneri stomatoloq, paleontoloq, antropoloq və baytarların işində ciddi kömək olacaq. Yeni skanerə dərinlik tənzimləyicisi ilə təchiz edilmiş Microsoft Kinect kamerası da cəlb edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.