“Amazon” korporasiyası suyun altında yerləşən anbarlarda məhsulların saxlanılma texnologiyasını təsvir edən patenti qeydiyyatdan keçirib. Patenti şərh edən ekspertlərin fikrincə, futuristik sualtı anbar yüksək texnologiyalar sahəsində inqilab olacaq.
planet-today.ru saytının məlumatına görə, məhsulların anbara çatırılması üçün konveyerlər və paraşütlərdən istifadə olunacaq. Yüksək rütubət səbəbindən korlana biləcək məhsullar xüsusi mühafizə olunan konteynerlərdə saxlanılacaq.
Ən maraqlısı isə məhsulların anbardan suyun səthinə qaldırılması prosesidir. Bu, xarici siqnal qəbul edən nişanlar vasitəsi ilə həyata keçiriləcək. Nişan aktiv olduqdan sonra, xüsusi hava şarı dolmağa başlayır və konteyneri yuxarı qaldırır.
Ekspertlər bildiriblər ki, yer çox olduğuna görə hətta kosmosda da belə bir anbar yaratmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.