“Musiqi dadı verən” qurğu

07 İyul 2017 - 15:53 | Texnoloji yeniliklər
“Musiqi dadı verən” qurğu

“Nomura” şirkətinin mütəxəssisləri “musiqi dadı verən” qurğu hazırlayıblar. Bu qurğu kompozisiyanı təhlil edə və onun mövzusuna uyğun içkini seçə bilir. 

dni24.com saytının məlumatına görə, proqram insan əhval-ruhiyyəsini romantika, kədər, sevinc, həyəcan və sentimental notlar olmaqla 5 hissəyə bölür. İstehsalçılar, həmçinin bu amilləri dad keyfiyyətləri ilə əlaqələndiriblər ki, bu da turşməzəlik, şirinlik, acılıq və ya duzluluğu hiss etməyə imkan verir. Musiqiyə qulaq asdığı zaman insana qurğunun köməyi ilə onun cari əhval-ruhiyyəsinə ən uyğun olan içki təklif edilir.

Belə bir yenilikdən sonra şirkət əməkdaşları öz işlərini davam etdirməyə və konkret vaxtda səsləndirilən mahnıların hansı əhval-ruhiyyəyə uyğun olduğunu əks etdirən kokteyllər hazırlamaq qərarına gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.