Karnegi-Mellon Universitetinin (Pensilvaniya, ABŞ) mühəndisləri lampaya və ya çılçırağa quraşdırılan, fərdi kompüter üçün proqramların interfeysini müxtəlif səthlərə proyeksiya etməyə və jestlərin köməyi ilə onları idarə etməyə imkan verən cihaz hazırlayıblar.
Müxtəlif səthlərə kompüter interfeyslərini proyeksiya edən qurğuların prototipi uzun müddətdir mövcud olsa da, onların əksəriyyətində ümumi çatışmazlıqlara rast gəlinir. Həmin qurğularda interfeys üzərində kənar predmetlər olmayan yastı səthə proyeksiya edilməlidir.
hitech.newsru.com saytının məlumatına görə, bu tətbiqlərdən fərqli olaraq, “Desktopography” adlı sistem sərbəst olaraq boş sahəni tapmaq və ona proqramların pəncərələrini proyeksiya etmək imkanına malikdir. Həmçinin bu pəncərələri yerini dəyişdirmək, miqyasını böyütmək və masadakı predmetlərə “bağlamaq” olar. İstifadəçi pəncərə proyeksiya edilən yerə hər hansı bir əşya qoyduqda bu zaman proyeksiya avtomatik yerini dəyişəcək. Qurğunun kamerasından təsvirlərin korreksiyası və məlumatların işlənməsinə isə fərdi kompüterdə açılan proqram “cavabdehdir”.
İstehsalçıların fikrincə, yeni qurğu gələcəkdə bir çox istifadəçilərin eyni zamanda bir neçə proqramla işləmək üçün öz fərdi kompüterlərinə qoşduqları əlavə monitorları əvəz edə biləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.