2019-cu ilədək avtomobillər bir-biri ilə “ünsiyyət saxlayacaq”

03 İyul 2017 - 14:49 | Maraqlı məlumatlar
2019-cu ilədək avtomobillər bir-biri ilə “ünsiyyət saxlayacaq”

“Volkswagen” istehsalçıları hazırda “Vehicle-to-Vehicle” sisteminin işə salınması üzərində çalışırlar. Avtomobilləri daha təhlükəsiz etməyə imkan verəcək sistem 2019-cu ildən başlayaraq avtomobillərə inteqrasiya ediləcək.

belta.by saytının məlumatına görə, bu funksiya sayəsində “Volkswagen” avtomobilləri bir-biri ilə məlumat mübadiləsi apara biləcək. Məsələn, avtomobillərdən biri piyada keçidində uşaqları “gördükdə” bu haqda yaxınlıqdakı maşınlara dərhal xəbərdarlıq edəcək.

İstehsalçılar bildiriblər ki, proqramın məqsədi yolda təlaş salmaq deyil, əksinə, sürücünü potensial təhlükə haqqında xəbərdar etmək və onun sürəti azaltmasını təmin etməkdir. Hələ ki, “ünsiyyət” radiusu 500 m ilə məhdudlaşdırılıb. Bu, əksər hallarda yollarda bədbəxt hadisələrin qarşısının alınması üçün kifayət edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.