Rusiyanın “AstroSoft” şirkəti Əşyaların İnterneti qurğuları üçün quraşdırılan proqram təminatının hazırlanmasını təmin edən real vaxt rejiminin əməliyyat sistemi “MAKS”ın (Multiagent Ardıcıl Sistemlər) yaradıldığını elan edib.
“Открытые системы” jurnalının məlumatına görə, yeni əməliyyat sistemi, həmçinin qeyri-məhdud sayda qurğuların praktik olaraq etibarlı qarşılıqlı təsirini və məlumatların xarici mühafizə sistemlərinin quraşdırılmasını təmin edir.
Hazırda Mənzil Kommunal Xidmətlərində hesablayıcıların qruplaşmalarının idarə olunması və elektrikötürmə xətlərinin telemetriyasının dəstəklənməsi üçün “MAKS”ın tətbiqi üzrə pilot layihələri həyata keçirilir. Bu əməliyyat sistemi “Ağıllı şəhər” sistemlərində və müxtəlif təyinatlı yerli sistemlərin kibertəhlükəsizliyinin təmin olunması üzrə həllərdə tətbiqini tapa bilər.
Qeyd edək ki, “MAKS”ın hazırlanmasına xarici investisiyalardan istifadə etmədən 2 il sərf olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.