Antivirus proqram təminatı bazarının veteranı “Symantec” şirkəti yeni nəsil şəbəkə təhdidlərinə qarşı müasir təhlükəsizlik tələblərinə cavab verən kompleks mühafizə vasitəsi hazırlamaq niyyətindədir. Bu, onunla izah olunur ki, hazırda klassik antiviruslar təhlükəsizliyi lazımi səviyyədə təmin etmir, kiberhücumların yalnız 45%-ni zərərsizləşdirirlər. Faktiki olaraq "antiviruslar məhv olub" – “Symantec” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş vitse-prezidenti Brayan Day belə deyib.
ictnews.az elektron xəbər xidmətindən bildiriblər ki, şirkət ancaq yeni mühafizə vasitəsinin hazırlanması ilə məhdudlaşmaq istəmir. “Symantec” öz müştərilərinə "çevik reaksiya qrupu"ndan mütəxəssis xidməti təklif etməyə hazırlaşır. Onlar real vaxt rejimində haker hücumlarının qarşısını ala və oğurlanma təhlükəsi altında olan məlumatları qoruya biləcəklər.