İnsanlar üçün nəzərdə tutulmayan yol nişanları

13 İyun 2017 - 11:00 | Maraqlı məlumatlar
İnsanlar üçün nəzərdə tutulmayan yol nişanları

Münhendə (Almaniya) yerləşən avtostradada (ikitərəfli avtomobil yolu) sürücülərə tanış olmayan ağ-qara rəngli yol nişanları yerləşdirilib. Hər 2,5 km-dən bir yerləşdirilmiş 13 yol nişanı sürücüsüz avtomobillər üçün nəzərdə tutulub.

“Наука и жизнь” jurnalının məlumatına görə, bu nişanlar yolun qeyd olunan hissəsində sınaqdan keçirilir. Onlar avtomobili idarə edən kompüterin avtomobilin olduğu yeri santimetrə qədər dəqiqliklə müəyyən etməsinə xidmət edir. Nişanlar GPS peyklərindən məlumatların dəqiqləşdirilməsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.