“The Times of Israel” İnternet resursunun məlumatına görə, “Apple” şirkəti İsrailin sifətin tanınması texnologiyasının hazırlanmasında ixtisaslaşmış firması olan “RealFace”i satın alıb.
3dnews.ru saytında bildirilir ki, Təl-Əvivdə fəaliyyət göstərən RealFace firmasının əsası 2014-cü ildə qoyulmuşdur. Şirkətə sahib olmaq “Apple” korporasiyasına 2 milyon dollara başa gəlmişdir.
RealFace saytı hazırda “offlayn” rejimdə işləyir. Startap sifətin tanınması üzrə süni intellektlə inteqrasiya edilmiş unikal texnologiya hazırlayıb. RealFace proqram təminatı digər qurğularla müqayisədə sifətin asanlıqla tanınmasını təmin edir. Şirkətdən verilən məlumata görə, yeni proqram müştərilərə sistemə giriş üçün “ağıllı” biometrik həll təklif etməyə çalışır ki, bunu da mobil qurğularda da istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, daha əvvəllər İsrail öz şirkətinin inkişafı üçün təxminən 1 milyon dollar investisiya almışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.