Smartfonları enerji ilə dolduran pul kisəsi

08 İyun 2017 - 12:00 | Maraqlı məlumatlar
Smartfonları enerji ilə dolduran pul kisəsi

Cari ilin iyul ayında qeyri-adi simsiz enerji ilə doldurma qurğusu satışa çıxarılacaq. “CHAARGO” adlı qurğu 4000 mAh batareya tutumuna malik pul kisəsidir. Artıq qadceti enerji ilə doldurmaq üçün əlavə qurğu daşımaq lazım deyil, onu pul kisəsinin üzərinə qoymaq kifayətdir.

techcult.ru saytının məlumatına görə, “CHAARGO” dəri və allüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerji doldurma standartından istifadə edir. Qurğunun özü “2,1 A” adapteri və USB-C kabelinin köməyilə 4 saat ərzində enerji toplayır.

Ölçüləri 115x95x15 mm, çəkisi isə 205 q olan pul kisəsinin daxilində əskinazlar üçün bölmə, qəpiklər üçün cib, kartlar üçün isə 3 böyük bölmə var.

Simsiz enerji doldurmanı “Samsung Galaxy” S7, S7 Edge, Note 5, S6, S6 Edge, “Microsoft Lumia” 1520, 1020,930, “Google Nexus” 4,5,6,7, “BlackBerry Priv” kimi telefon modelləri dəstəkləyir.

İstehsalçılar digər telefon sahiblərinə simsiz enerji doldurma üçün “CHAARGO” ilə birlikdə ödənişsiz adapter təqdim edirlər. Qeyri-adi pul kisəsinin pərakəndə qiyməti 75 funt-sterlinq təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.