Amerikalı tədqiqatçılar Kaliforniya ştatının Oklend şəhərində “Google Street View” sistemi və xüsusi sensorlarla təchiz edilmiş avtomobillərin köməyilə havanın çirklənmə xəritəsini tərtib ediblər.
“Biz ilk dəfə havanın çirklənməsinin detallaşdırılmış xəritəsini sadə texnologiyalar vasitəsilə yaratdıq. Bunun üçün “Google Maps” xidməti və “ACLIMA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi avtomobillərdən istifadə etdik”, – deyə layihə müəllifləri bildiriblər.
planet-today.ru saytının məlumatına görə, şəhərdə havanın çirklənmə xəritəsinin tərtib edilməsi üçün 1 ilə yaxın vaxt sərf olunub.
Nəticədə məlum olub ki, şəhərdə havanın təmizliyi, hətta bir rayonun daxilində fərqlənə bilən, olduqca dəyişkən göstəricidir. Hazırda amerikalı alimlər əldə olunmuş məlumatları interpretasiya edərək havanın təmizlənməsi ilə əlaqədar layihələrin hazırlanmasında tətbiq etməyə çalışırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.