Alimlər dünya tarixində ilk dəfə olaraq, beyinin ən mürəkkəb funksiyalarını öyrəniblər.
ABŞ-ın Kaliforniya Texnoloji İnstitutunun alimləri beyin impulslarına görə insan sifətinin təsvirini bərpa edərək “fikirlərin oxunması” üzrə mühüm bir sınağı həyata keçiriblər.
hightech.fm saytının məlumatına görə, bu təcrübə neyrobiologiyanın ən mürəkkəb məsələlərindən olan – “beyin sifəti necə tanıyır və neyrointerfeyslərin yaradılmasına 1 addım da necə yaxınlaşa bilir?” sualına cavab verir. Mütəxəssislər bu tədqiqatı “neyrobiologiyada inqilab” adlandırıblar.
Hələ 1960-cı illərdə, ABŞ neyrobioloqu Cerri Lettvinin insanlarda müəyyən obyektlərə reaksiya verən spesifik neyronların mövcudluğuna dair fərziyyəni irəli sürdüyü dövrdə bu suala cavab axtarmağa başlanılmışdır. Məsələn, elə neyronlar vardır ki, insan yalnız hansısa doğmasını gördükdə “həyəcanlanırlar”. Sonra yalnız müəyyən üzlərə reaksiya verən neyronlar qrupu aşkar edildi. Lakin tanınmanın necə baş verdiyi sual altında idi.
Ən yeni tədqiqatlar göstərir ki, insan beyni sifətin tanımasında bir növ riyaziyyata, kompüter alqoritmlərinə söykənir. Alimlər nöqtələr və onların nisbətlərinin köməyilə sifətin onun bütün mümkün formalarını təsvir edən nişanını yaradıblar. Məsələn, göz və ya alının hündürlüyü arasında məsafə. Sonra isə buraya dərinin rəngi, göz, üz əzələlərinin ifadəsi və s. kimi digər xarakteristikalar əlavə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.