Çində hazırlanmış “AI-MATHS” robotu qəbul imtahanlarına hazırlaşır. O, yaxın günlərdə kollecə daxil olmağa cəhd edəcək.
hi-news.ru saytının məlumatına görə, robot süni intellekt sahəsində tətbiqlər üzrə ixtisaslaşmış “AI Chengdu Zhunxingyunxue Technology” şirkəti tərəfindən yaradılıb. Mütəxəssislər bildirirlər ki, “AI-MATHS” iyulun 7-də keçiriləcək Çinin milli qəbul imtahanını verməyə cəhd edəcək. Təxminən iki saat davam edəcək imtahanda robot riyaziyyat üzrə test məsələlərinə cavab verməlidir.
Qeyd edək ki, “AI-MATHS” 2017-ci ilin fevral ayında oxşar imtahanlarda iştirak edərək 100 baldan 93 bal toplaya bilib. Hazırkı testin daha da çətin olacağı bildirilir.
Robot imtahanlardan müvəffəqiyyətlə keçsə də, onu təhsil almağa qəbul etməyəcəklər. Bununla belə, mütəxəssislər robotun qışdan bəri nə qədər təkmilləşdiyini qiymətləndirə biləcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.