Mobil sensor xərçəngin diaqnostikasında laboratoriyaları əvəz edir

29 Aprel 2014 - 11:00 | Texnoloji yeniliklər
Mobil sensor xərçəngin diaqnostikasında laboratoriyaları əvəz edir

Məlumdur ki, xərçəng xəstəliyini insanın nəfəs almasına görə diaqnostika etmək olar. "The Daily Mail" qəzetinin yazdığına görə, diaqnozun qoyulması artıq mobil analizator sayəsində daha asan olub. “Owlstone” Kembric şirkəti artıq bu cür analizatorun prototipini yaradıb. Hazırda alimlər telefona uyğun gələn miniatür versiyanın üzərində işləyirlər. Proqnozlara görə, bütün işlərə 2 il vaxt sərf ediləcək. 

Yeni işləmənin əsasında xərçəngin kimyəvi markerlərini tanımaq üçün proqramlaşdırılmış mikroçip vardır. 

Analizatora gəlincə isə, alimlər onun effektivliyini həm sağlam, həm də bağırsaq xərçəngindən və kolitdən əziyyət çəkən xəstələr üzərində yoxlayıblar. Sistem sağlam insanı pasiyentdən dəqiqliklə fərqləndirə bilib.