“Intel” kredit kartı ölçüsündə kompüter istehsal edib

01 İyun 2017 - 16:44 | Maraqlı məlumatlar
“Intel” kredit kartı ölçüsündə kompüter istehsal edib

“Intel” şirkəti xarici USB-akkumulyator kimi görünən ultrakompakt kompüter – “Compute Card” istehsal edib.

“Cib” qurğusu yanvar ayında keçirilən “CES 2017” sərgisində nümayiş olunsa da, Tayvanda keçirilən “Computex” sərgisində kompüterin əlçatan konfiqurasiyaları haqqında məlumat verilib.

hitech.vesti.ru saytının məlumatına görə, “Compute Card”a ən müxtəlif prosessorlar quraşdırıla bilər: “Intel Celeron” və “Pentium”dan daha məhsuldar “Core m3” və ya “noutbuk” sinfinin 7-ci nəsil i5-nə qədər. Modeldən asılı olaraq, mini fərdi kompüter 4 Gb-lıq DDR3 əməli yaddaşla təchiz edilə bilər.

Bundan başqa, şirkət “Device Design Kit” istehsalçıları üçün dəst də istehsal edib ki, bu da partnyor-şirkətlərin “Compute Card”a uyğun qurğular istehsal edə bilməsinə imkan verir. “Intel” ilə əməkdaşlıq üçün artıq “LG Display”, “Sharp”, “Dell” və “HP” kimi istehsalçılar müraciət ediblər.

Qeyd edək ki, “Compute Card” kompüterə USB-port, miniDisplayPort, HDMI və Ethernet vasitəsilə dok-stansiyaya qoşulmaqla çevrilir. Ona isə monitor, klaviatura və digər periferiya qurğuları qoşula bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.